Topaz Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 24-də Gəncədə “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını Bakıda davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçir.
Komanda sabah Yevlaxa gələrəki şəhər stadionunda məşq edəcək. Nizami yurdunun təmsilçisinin son məşqi isə oktyabrın 23-də oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq. Hazırlıq prosesi saat 16:00-da başlayacaq.