"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo yaxın günlərdə əməliyyat olunacaq. Sportarena.az xəbər verir ki, Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Almaniyanın Münhen şəhərində ətraflı tibbi müayinədən keçdikdən sonra onun zədəsinin ciddi olduğu müəyyənləşib.
Həkimlər onun əməliyyat olunmasının vacibliyini diqqətə çatdırıblar. Dizindən əməliyyat olunacaq futbolçu təxminən altı ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Belə olan halda Reynaldonun bu il "Qarabağ"a kömək edə bilməyəcəyi dəqiqdir. (azerisport.az)