Oktyabrın 23-də Abu-Dabidə gənc cüdoçular arasında dünya çempionatı start götürəcək. Sportarena.az xəbər verir ki, 4 gün davam edəcək mundialda Azərbaycan millisi də iştirak edəcək.
Komandamız yarışa 12 idmançı ilə qatılacaq. Belə ki, oğlanların yarışında Sadiq Məhərrəmov, Natiq Qurbanlı (hər ikisi 55 kq), Elbrus Zamanov, Davud Məmmədov (hər ikisi 60 kq), Hidayət Heydərov (66 kq), Hüseyn Rəhimli (73 kq), Rüfət İsmayılov (81 kq), Vasif Şərbətli, Firudin Dadaşov (hər ikisi 90 kq), Cəlil Şükürov (100 kq), qızların mübarizəsində isə Leyla Əliyeva (48 kq) və Səkinə Zayirova (52 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, dünya çempionatında ümumilikdə 85 ölkədən 588 (359 oğlan, 229 qız) cüdoçu iştirak edəcək.