"3:0 hesabı ilə irəlidə olsaq, sakit dayana bilərəm" - Roman Qriqorçuk

19:15 21 Oktyabr 2015

“Bizim cəmi bir şansımız da olsa, bundan istifadə etməliyik. Ancaq düşünürəm ki, bizim şansımız o qədər də az deyil".

 

Sportarena.az "qol.az"a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində “Borrusiya” (Dortmund) ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

 

- Sabah bir qədər ehtiyatlı oyuna üstünlük verəcəyinizi demək olar?

- Müdafiədən oynamaq bizim oyun fəlsəfəmizdə yoxdur. Rəqibin gücünə bələdik. Bununla belə müdafiədə oturmamalıyıq. Uğurlu nəticə qazanmaq istəyiriksə, hücumlarımız çox olmalıdır.

 

- “Borussiya” ilə oyun öncəsi sizi ən çox nə narahat edir?

- İşimizi elə qururuq ki, bizi heç nə narahat etməsin.Bütün futbolçularıma inanıram. Oyuna psixoliji cəhətfdən də hazırıq. Uşaqlarda və məndə inam var.

 

- Ölkə çümpionatında “Qəbələ”nin müdafiə xətti çox yaxşı təsir bağışlayır. Ancaq Avroliqada bu, o qədər də yaxşı alınmır. Bunun səbəbi nədir?

- Bu iki cəbhəni ayırmaq istəməzdim. Yəqin ki, Avroliqada rəqiblərimiz çox güclü olduğu üçün belə olur. Rəqiblərimiz çox sürətli olduğu üçün Avroliqada mübarizə çətin olur. Mənə də maraqlıdır ki, “Borussiya” ilə oyunda komandam necə mübarizə aparacaq.


- Adətən sizi oyunlar zamanı emosional görürük. Sabahkı görüşdə rəqibin “Borussiya” olduğunu nəzərə alsaq, sizi daha sakit görə bilərik?

- 3:0 hesabı ilə irəlidə olsaq, sakit dayana bilərəm. Ancaq indidən bu barədə bir söz deyə bilmərəm.

 

- Rəqibin 600 çılğın azarkeşi Bakıya gəlib. Onlar bizim azarkeşləri susdurmaq gücündədir. Hansı sözlərlə bizim azarkeşləri stadiona dəvət edə bilərsiniz?

- Komanda ilk növbədə öz oyunu ilə azarkeş toplamalıdır. Nə qədər qələbələrimiz çox olsa, o qədər də azarkeşimiz aratacaq. Futbolu azarkeşlər üçün oynayırıq. Bu arenada həmişə azarkeşlər bizə dəstək olub. Sabahkı oyunda göstərəcəklərinə görə onlara indidən təşəkkür edirəm.


Digər xəbərlər

Xəbər xətti