“Öz aramızda tez-tez rəqib barədə danışırıq. Necə komanda ilə oynayacağımızı bilirik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Aleksey Qay deyib.
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin növbəti turu çərçivəsində sabah Dortmund “Borussiya”sını qəbul edəcək. Bu görüşdən öncə keçirilən mətbuat konfransında Qay da iştirak edib. Təcrübəli futbolçu sabah sona qədər mübarizə aparacaqlarını bildirib: “Rəqibin kim olmasından asılı olmayaraq, istənilən futbolçumuzla söhbət etməyə hazıram. Futbolda ünsiyyət böyük rol oynayır".