Bakının qadınlardan ibarət “Azəryol” klubu kanadalı voleybolçunu transfer edib.
Bakı təmsilçisinin yeni transferi Kayla Riçey daha əvvəl Almaniya, İtaliya və Türkiyə klublarının şərəfini qoruyub.
Hücumçu ilk oyununu oktyabrın 28-də Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparacaq “Azəryol”un heyətində keçirəcək. Həmin gün klubumuz səfərdə Rumıniyanın “Tarqovitse” komandasının qonağı olacaq.