"Qarabağ"a şad xəbər: Quintana qayıtdı

21:30 21 Oktyabr 2015

"Qarabağ" zədəli futbolçusu Dani Quintanadan şad xəbər alıb.
 
Sportarena.az xəbər verir ki, əzələsini dartan Quintana zədəsini tam sağaldıb. Futbolçu artıq dünəndən etibarən komanda ilə məşqlərə başlayıb. Daninin sabah Avroliqanın qrup mərhələsində baş tutacaq "Monako" ilə oyuna qədər isə tam hazır olacağı gözlənilir.
 
Qeyd edək ki, "Monako" - "Qarabağ" matçı sabah saat 22:00-da start götürəcək.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti