“Qəbələ”ni təhlil etmişik. Rəqibimiz çox güclüdür. Onların “Krasnodar”la oyununu izləmişik. Qələbəyə layiq idilər. “Qəbələ”ni məğlub etmək çox çətindir”.
Sportrena.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun öncəsi təşkil etdiyi mətbuat konfransında deyib.
-Şmeldser sabahkı oyun hazırdırmı?
- Buna sabah qərar verəcəyik.
- Sabah bu vaxtı matçın təxminən 50-ci dəqiqəsi olacaq. Bəs indi necə, həyəcanlısnızmı?
- Bəli, rəqibdən asılı olmayaraq həyəcan olur. Rəqibə böyük hörmətimiz var. Biz özümüzə inanırıq. Qarşımıza müəyyən tapşırıq qoyulub. 4-4-2 taktiki sxemi ilə oynamağı düşünürük. Qələbə qazanmaq istəyirik. Ancaq bu, çox çətin olacaq.
- Mxitaryan məlum səbəblərə görə Bakıya gəlmədi. Bu, oyununuza necə təsir edəcək?
- Təəssüflər olsun ki, sabahkı oyunda siyasi məsələyə görə, güclü futbolçumuzu itirməli olduq. Mxitaryanın yoxluğu bizim üçün itkidir. Onun yerini Yonas Hoffmanla doldurmağa çalışacağıq.
- Marko Roysun durumu necədir? Zədədən sonra əvvəki formasını bərpa edə bilib?
- O, tədricən öz formasını bərpa edir. “Maynts”la oyunda penaltidən fərqlənə bilməsə də, daha sonra iki qola imza atdı.