Qurban Qurbanov: "Qrupdan çıxmaq haqda danışmaq üçün hələ tezdir"

22:01 21 Oktyabr 2015

Avroliqanın qrup mərhələsi çərçivəsində sabah "Monako"nun qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  oyunöncəsi mətbuat konfransı keçirib.

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sözləri deyib:

  "Hər oyun bizim üçün vacibdir. Sabahkı oyunda çalışmalıyıq ki, diqqətli olaq. İndidən qrupdan çıxmaq haqda danışmaq üçün hələ tezdir. Bu haqda "Monako" ilə cavab oyunundan sonra danışmaq olar.

Əvvəllər daha çox yerli futbolçulara üstünlük verirdik. Avroliqada oynadıqdan sonra, büdcəmizə görə faydalı legionerlər axtarırıq. Klubumuzun büdcəsinin az olmasına baxmayaraq, böyük işlər görməyə çalışırıq".


Digər xəbərlər

Xəbər xətti