Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə oktyabrın 23-dən 27-dək gənc cüdoçuların dünya birinciliyi keçiriləcək. Sportarena.az xəbər verir ki, yarışda 85 ölkədən 588 idmançı (359 oğlan, 229 qız) mübarizə aparacaq.
Gənclərdən ibarət yığma komandamız dünya birinciliyində iştirak etmək məqsədilə artıq Əbu-Dabiyə yollanıb. Elçin İsmayılov və Fərhad Məmmədovun rəhbərlikləri altında çıxış edəcək komandamız yarışda 12 cüdoçu (10 oğlan, 2 qız) ilə təmsil olunacaq.