"Bakıda qələbə qazana bilərdik, amma..." - "Spartak"ın baş məşqçisi

14:27 22 Oktyabr 2015

Rusiyanın "Spartak" klubunun əvəzedici komandasının baş məşqçisi Vladimir Besçastnıx UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Sportarena.az xəbər verir ki, o, 0:0 hesabıyla (ilk oyun 4:0) bitən görüşdən sonra bunları söyləyib:

 

"Kobud oyun alındı. Yaxşı ki, zədəsiz ötüşə bildik. Növbəti mərhələyə vəsiqə qazanmağımız da yaxşı oldu. Bu oyunda da qol vurmaq üçün şanslarımız oldu. Qələbə qazana bilərdik. Amma Bakıda buna nail ola bilmədik. Biz çoxlu qol vəziyyəti yarada bilsək də, həmişə onlardan yararlana bilmirik. Artıq "Dinamo" ilə oyuna və növbəti mərhələyə hazırlaşmalıyıq. Rəqibin də haqqını vermək lazımdır. Azərbaycanlılar evdə tam fərqli oynadılar. Çox yaxşı çıxış etdilər".


Digər xəbərlər

Xəbər xətti