"Monako"nun rəsmi saytı: "Qarabag" yeganə klubdur ki..."

15:54 22 Oktyabr 2015

Fransanın "Monako" futbol klubunun rəsmi saytı "Qarabağ"komandası haqqında geniş məqalə dərc edib. Yazıda qeyd olunub ki, "Monako" tarixində ilk dəfə olaraq "Qarabag" klubu ilə qarşılaşacaq.

 

Məqalədə yazılır: "Bu klub Qarabağın Ağdam şəhərində yerləşir. 1951-ci ildə yaradılıb, 1992-ci ildən Azərbaycan çempionatının daimi iştirakçısıdır. Komanda ilk çempionluq titulunu 1993-cü ildə qazanıb. Lakin növbəti titulunu 21 il gözləməli olub. Sonra son iki mövsümdə qızıl medal qazandı".

 

Məqalədə qeyd olunur ki, Qurban Qurbanov komandanın baş məşqçisi olandan sonra azarkeşlər "Qarabağ"ı Qafqazın "Barselona"sı adlandırırlar: "Qarabağ"ı həmçinin "çapanlar" adlandırırlar, çünki klubun gerbində iki Qarabağ atının təsviri var. "Qarabag" yeganə klubdur ki, gerbində Qarabağ atları təsvir olunub. Yeri gəlmişkən, Qarabag atları YUNESKO-nun mədəni irslər siyahısına salınıb. Bəzən klubu "məcburi köçkünlər" komandası da adlandırırlar. Bu onunla bağlıdır ki, onlar öz yurd-yuvalarından məcburi qovulublar. 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, münaqişə bu günə kimi də davam edir və "Qarabag" vətəninə dönə bilmir".

 

Yazıda vurğulanır ki, 1988-1994-cü ildə Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında baş verən müharibə klubu Bakıya üz tutmağa vadar etdi: "Münaqişə kluba baha başa gəlib. Belə ki, komandanın kapitanı Allahverdi Bağırov müharibədə şəhid olub.

 

Mənbə: dailykarabakh.com

 


Digər xəbərlər

Xəbər xətti