"Qarabağ"la oyunda bir sıra problemlərimiz var idi" - "Anderlext"in baş məşqçisi

17:12 22 Oktyabr 2015

"Anderlext"in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Tottehem"lə oyun haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis son turda uduzduqları "Qarabağ"la oyuna da toxunub.

 

O, Azərbaycan təmsilçisinə məğlubiyyətin komandasını çətin vəziyyətə saldığını bildirib: "Qarabağ"la oyunda bir sıra problemlərimiz var idi. Bu komandaya məğlubiyyət bizi çətin vəziyyətə saldı. Ona görə də bu axşam "Tottenhem"ə qalib gəlmək məcburiyyətindəyik. London klubu ilə oyun qrupdan çıxmağımız üçün son şansımız deyil. Çünki qarşıda hələ daha üç matçımız var. Ancaq yolumuza davam etmək baxımından bugünkü görüş çox önəmlidir".

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" bu gün səfərdə "Monako"nun qonağı olacaq. "Anderlext" isə öz meydanında "Tottenhem"i sınağa çəkəcək.


Digər xəbərlər

Xəbər xətti