Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı saxlanılan şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Sportarena.az xəbər verir ki, təqsirləndirilən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.
Qeyd edək ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada ölüb. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həsb edilən 6 nəfər arasında “Qəbələ”nin futbolçusu Cavid Hüseynov da var.