"Qarabağ" bu gün Avropa Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində Fransada "Monako" ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, bu matçı milli komandamızın baş məşqçisi Robert Prosineçkinin köməkçisi Mahmud Qurbanov da canlı izləyəcək. Belə ki, futbolçu vaxtlarında "professor" ləqəbi ilə tanınan Qurbanov xorvatiyalı mütəxəssisin tapşırığı ilə oyunu izləmək üçün Monakoya yollanıb.
Qeyd edək ki, "Monako" – "Qarabağ" matçı saat 22:00-da "Lui II" stadionunda baş tutacaq.