Qriqorçuk: "Mən gördüm ki..."

23:09 22 Oktyabr 2015

“Bizə hörmət etdiyi üçün rəqibə minnətdaram. Bizimlə oyuna əsas heyətlə çıxmışdılar”.
 
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qəbələ” Dortmund “Borussiya”sına 1:3 hesabı ilə uduzub.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk məğlubiyyəti belə şərh edib:
 
“Top-komandanın səviyyəsini hiss etdik. Bu oyun bizim xeyrimizə oldu. Əminəm ki, “Borussiya” ilə matçdan sonra daha da gücləndik. Futbolçularımla fəxr edirəm. “Borussiya”nın bu il keçirdiyi bütün oyunlarına baxmışdım. Heç bir görüşdə qapıları qarşısında bu qədər təhlükəli epizod yaşanmamışdı. Əfsuslar olsun ki, qol imkanlarından istifadə edə bilmədik”.
 
- “Krasnodar”la görüşdə olduğu kimi, bu gün də 3 xal itirdik. Yaxşı oyuna rəğmən, yekunda yenə xal qazana bilmədik. “Borussiya” ilə növbəti matçda bizi nə gözləyir?
 
- Bəli, “Krasnodar”la oyun qələbə qazanılası matç idi. Amma deməzdim ki, bu görüşdə də qələbə qazanmalıydıq. Düzdü, ilk dəqiqələrdə qol epizodları yaratdıq. Amma onları dəyərləndirsəydik belə, matçın necə davam edəcəyini bilmirik (gülür). Rəqib topa daha çox nəzarət edirdi. Mən gördüm ki, “Borussiya”nın səviyyəsi çox yüksək idi. Qarşıda hələ 3 oyun var və bu görüşlərdə 9 xal yığmaq mümkündü. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadılar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadı.


Digər xəbərlər

Xəbər xətti