"Qəbələ" əlinə düşən imkanlardan yararlansaydı, hesab fərqli olardı"

23:36 22 Oktyabr 2015

“Rəqib ilk dəqiqələrdə sürətli hücumlar qurdu. Biz isə pis çıxış etdik. İlk hissənin ortalarında oyunumuzu tapdıq”.

Sportarena.az xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasını qrup mərhələsində ”Qəbələ”  ilə oyundan (3:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Qalib gəlməyinizə baxmayaraq heç gülümsəmirsiz. Bu, əvvəlcədən qələbə qazanacağınıza əminliyinizdən irəli gəlir?
- Bəli, biz əmin idik ki, qalib gələcəyik. Qrupdakı yerimizi qorumalıydıq. Düzdür, “Qəbələ” ilk dəqiqələrdən qapımız qarşısında təhlükələr yaratdı, ancaq sonradan tam üstünlüyü ələ aldıq. 

- İlk dəqiqələrdə “Qəbələ” qol vursaydı, nəticə başqa cür olardı?
- Təbii ki, rəqib əlinə düşən imkanlardan yararlansaydı, hesab fərqli olardı. Gördüyünüz kimi, biz hesabı açdıqdan sonra oyunuzu xeyrimizə dəyişdik.

- Cavab matçında Henrix Mxitaryanın xidmətindən istifadə edəcəksiniz?
- Bəli, meydanda olacaq.

- Bu gün het-trik edən Aubameyanqın çıxışı barədə nə deyə bilərsiz?
- O, ilk hissədə iki, fasilədən sonra bir qol vurdu. Əsas oyunçularımızdan olan Mxitaryan bu görüşdə iştirak etmədi. Amma Aubameyanq bu yoxluğu hiss etdirmədi. Onun üçün neçə qol vurması önəmli deyil, daim çalışır ki, fərqlənsin. Marko Roys da bu gün yaxşı oyun nümayiş etdirdi.

-“Qəbələ”nin hansı oyunçusunu bəyəndiniz? Bundesliqada oynaya biləcək futbolçu gördünüzmü?
- “Qəbələ”nin cəmi 2-3 oyunun izləmişəm. Buna əsasən heç nə deyə bilmərəm. Rəqibin 10 nömrəli futbolçusunu (Dodo) qeyd edə bilərəm. (qol.az)


Digər xəbərlər

Xəbər xətti