"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"asına 1:3 hesabı ilə uduzduqları oyundan jurnalistlərin suallarını cavablandırıb:
- Komanda ilk qolu buraxdıqdan sonra sanki uşaqlar "sındılar"...
Birinci qol, yox məncə uşaqlar axıra kimi oynadılar. Ancaq hiss elədim ki, uşaqlar ikinci topdan sonra artıq məğlubiyyətlə barışmışdılar.
- "Qəbələ" sanki rəqibdən çəkinirdi.
Deməzim ki, çəkinirdilər. Sadəcə "Borussiya"nın səviyyəsi və gücü göz qabağındadır. İlk hissədə 4 real qol şansımız oldu. Əgər bunlardan birindən istifadə edə billəydik nəticə indi başqa cür də ola bilərdi.
- Syomin də burda idi...
Oyuna baxmaq üçün dəvətimiz ilə gəlmişdi. O, komandnaın müdafiə xəttindən razı qaldı.
- Bu nəticədən sonra "Qəbələ" üçün Dortmund və PAOK səfərindən nə gözləmək olar?
Biz hər oyuna meydana xal qazanmaq üçün çıxırıq. Azarkeşlərə demək istəyirəm ki, oyunu sona kimi izləsinlər. Sanki onların sona kimi sebri çatmadı.
- "Borussiya"nın qapıçısı son dəqiqələrdə azarkeşlərədn şikayət edirdi. Nə baş vermişdi?
Mən də sizin kimi, gördüm amma nə olduğunu bilmədim.