"Monako"nun baş məşqçisi: "Qarabağ"la oyunda layiqli qələbə qazandıq"

11:28 23 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gələn "Monako"nun baş məşqçisi Leonardo Jardim oyundan sonra fikirlərini jurnalistlərlə bölüşüb:

Sportarena.az xəbər verir ki, Jardim bu sözləri deyib:.

"Bizim üçün uğurlu gecə oldu. İlk hissədə yaxşı oynamadıq. Komandada hərəkətlilik yox idi. Lakin fasilədən sonra daha yaxşı oynadıq və qol vurduq.

Komandam oyundan-oyuna inkişaf edir. "Qarabağ"la oyunda layiqli qələbə qazandıq. Traore fasilədən sonra yaxşı oynadı. Ola bilər ki, mənim onu əvəzləyimi gördü və 5 dəqiqə ərzində meydanda daha aktiv hərəkət etdi. Bunun nəticəsində də qələbə qolunu vurduq".

 


Digər xəbərlər

Xəbər xətti