AFFA Lomayanın cəzasını yüngülləşdirdi

12:12 23 Oktyabr 2015

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda “Bakılı”, “İnter” və “Neftçi” klublarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. AFFA-nın İntizam Komitəsinin “Bakılı” klubu barədə çıxardığı qərar (“Göyəzən” - “Neftçi” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılıb. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb Apellyasiya və Ekspert Komitəsinə məlumat verilib.

 

2. “İnter” klubunun futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılıb. “İnter” PİK-in futbolçusu Giorgi Lomaya barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunub. 6 aylıq sınaq müddəti ərzində futbolçu Giorgi Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

 

3. “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti