Obameyanq "Qəbələ"yə 3 qol vurduğu topu özü ilə apardı - FOTO

13:19 23 Oktyabr 2015

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer Emerik Obameyanq "Qəbələ" ilə Avropa Liqasının III tur matçında 3 qol vurduğu topu özü ilə aparıb. Sportarena.az "Report"a istinadən xəbər verir ki, qabonlu hücumçu həmin topla görüntüsünü "twitter" hesabından paylaşıb.

 

O, fotonun altında "Mənim suvenirim" yazıb.

 

Qeyd edək ki, oyun "Borussiya"nın qələbəsi ilə yekunlaşıb - 3:1.


Digər xəbərlər

Xəbər xətti