"Xəzər Lənkəran" Akademiyasının həftəsi: 3 qələbə, 10 qol

17:15 23 Oktyabr 2015

Həftənin əvvəli "Xəzər Lənkəran"ın U-17 komandasının “Neftçi”yə məğlubiyyəti ilə başladı. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın üzvləri Yusif Həsənovun yoxluğu və İbrahim Qədirzadənin yalnız bir hissə meydanda olması komandanın oyununa təsirsiz ötüşmədi – 0:3.

 

Növbəti gün isə U-15 komandası ardıcıl 7-ci qələbəsini və eyni zamanda “quru” oyununu rəsmiləşdirdi. Bu dəfə AZAL-ın qonağı olan Mircəlal Əliyevin komandası avtoqol və Etibar Suleymanovun qolu sayəsində 2:0 hesabı ilə qalib gəldi.

 

U-19 komandasının da çempionata startını uğurlu hesab etmək olar. Öz meydanında kifayət qədər güclü və təcrübəli “Zirə”ni qəbul edən komandamız böyükhesablı qələbəyə sevindi – 4:1. Bu oyunda da qollardan birini rəqib öz qapısından keçirdi, digər üç qol isə Arzu İsmayılov, Milad Bayramov və Kənan Sadıxovun aktivindədir.

 

U-16 komandası da bu tur evdə “Zirə”ni qəbul etdi. Namiq Qarayevin yetirmələri də 4 qol vurdu, amma qapısını toxunulmaz saxlaya bildi.

 

Xəqani Sadıqov bu oyunda dubl etdi, Nurlan Fərəcli və Samir Quliyev isə hərəyə bir dəfə fərqləndilər.


Digər xəbərlər

Xəbər xətti