"Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Gənc mütəxəssis Premyer Liqanın IX turunun açılış oyununda "Neftçi" üzərində 2:1 hesablı qələbəni şərh edib:
"Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq “Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir".
Əhmədov AZAL-ın maliyyə durumu haqda danışıb: "Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı. Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib".