Samir Əliyevdən komandaya mesaj: "Əgər mən burada qalsam, o futbolçular göndəriləcək"

21:11 23 Oktyabr 2015

"Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib. Gənc çalışdırıcı Premyer Liqanın IX turunda AZAL-a 1:2 hesabı ilə uduzduqları oyun haqda fikirlərini açıqlayıb:

 

"Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən".


Digər xəbərlər

Xəbər xətti