"Neftçi"də növbəti qalmaqal: Cavid İmamverdiyev komanda yoldaşını təhqir etdi

22:47 23 Oktyabr 2015

Bu gün Topaz Premyer Liqasının IX tura start verilib. Sportarena.az "futbolinfo.az"a istinadən xəbər verir ki, AZAL öz meydanında "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

 

"AZAL Arena"dakı oyun başa çatandan sonra bir neçə "Neftçi" azarkeşi meydançaya axışıb. Lakin "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov belə desək, onları himayəsinə alaraq, polisdən qoruyub və çölə çıxarıb.

 

Bundan başqa, məğlubiyyəti həzm edə bilməyən Cavid İmamverdiyev isə meydançanı tərk edərkən komanda yoldaşlarından birini, topu çölə çıxara bilmədiyinə görə, təhqir edib.


Digər xəbərlər

Xəbər xətti