"Hakim bu matçda bütün qərarlarda düzgün idi. Təyin etdiyi penalti epizodlarında haqlı idi. Çox şadam ki, hər iki penaltini qola çevirib qələbə qazandıq".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın kapitanı Rail Məlikov deyib. O, Premyer Liqanın IX turunun açılış oyununda sabiq komandası "Neftçi" üzərində 2:1 hesablı qələbəyə şərh verib:
"Xəzər Lənkəran"la matçdakı məğlubiyyəti bu oyunda unutdurmaq istəyirdik. Biz bu tapşırığın öhdəsindən gələ bildik. Bütün komanda bu oyuna ciddi hazırlaşmışdı. "Neftçi" hər zaman mənim qəlbimdədir. Mən bu komandada beş il oynamışam".