Bu sezon aqressiv performans sərgiləyən Dieqo Kosta bununla bağlı suallara cavab verib. Sportarena.az xəbər verir ki, "Çelsi"nin 27 yaşlı forvardı verdiyi açıqlamada bu xüsusiyyətindən əl çəkməyəcəyini bildirib.
"Oyun bitdikdən sonar mən də ailəm və dostlarımla vaxt keçirən bir insanam. Amma meydana çıxanda normal həyatımdakı kimi ola bilmərəm. Mən mələk deyiləm, heç kim mənə qanad taxmasın. Aqressiv oyun tərzim dəyişməyəcək".