"Xəzər Lənkəran" Gəncədə problemlə üzləşdi

01:02 24 Oktyabr 2015

Premyer Liqanın IX turunda “Kəpəz”lə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” Gəncədə problemə üzləşib.

 

Sportarena.az "12cioyuncu.info" saytına istinadən xəbər verir ki, Gəncənin eyniadlı otelində məskunlaşan komandanın bir neçə üzvü axşam saatlarında şəhərin mərkəzində gəzintiyə çıxmaq istədikdə polis onlara əngəl olub.

 

Qeyd edək ki, Aşura axşamında oktyabrın 23-də saat 19:30 – 20:00 arası əzadarlar Gəncənin mərkəzində yerləşən məscidə tərəf gedərkən polis əməkdaşları izdihamın qarşısını almağa çalışıb. Ümumi gərginliyin fonunda "Xəzər Lənkəran"ın futbolçuları da asayiş keşikçilərinin təpkisi ilə üzləşərək otelə qaytarılıblar. Hətta oteldən çıxmaları da qadağan qoyulub.


Digər xəbərlər

Xəbər xətti