Bu gün Topaz Premyer Liqasında IX turun növbəti oyunları keçirilib. Sportarena.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk oyunu Gəncədə olub. Burda yerli "Kəpəz" "Xəzər Lənkəran"ı qəbul edib və minimal hesablı qələbəyə sevinib.
İkinci oyun isə paytaxtda baş tutub. "İnter" doğma meydanda autsayder "Rəvan"ı qonaq edib. "Bankirlər" 2:0 hesablı qələbə qazanaraq, "Rəvan"ın köhnə-yeni baş məşqçisi Bəhmən Həsənovun "siftə"sini korlayıb.
Topaz Premyer Liqası, IX tur
24 oktyabr
15:00. "Kəpəz" – "Xəzər Lənkəran" 2:0
Qollar: Dario Federiko, 36
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
Gəncə şəhər stadionu.
17:00. "İnter" – "Rəvan" 2:0
Qollar: Yuri Fomenko, 32, İlkin Qırtımov, 49
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
“İnter Arena”.