"Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Premyer Liqanın IX turunda səfərdə "Kəpəz"ə 0:1 hesablı məğlubiyyətə şərh verən mütəxəssis bunları deyib:
"İlk hissədə komandamın oyunundan razı qalmadım. Rəqib azarkeşlərinin çoxluğu, ola bilər ki, futbolçularıma mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi".
Hüseynov zədəli oyunçularla bağlı problemlərədə toxunub: "Tounkara və Orxan sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar".
Baş məşqçi indiki məqamda komandadan getməyim düz çıxmadığını bildirib: "Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. "Sumqayıt"la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik".
Hüseynov fikirlərini bu cür tamamlayıb: "Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram".