"Xəzər Lənkəran" rəsmisi: "Polislər xahiş elədilər ki, bayıra çıxmayın, şəhərdə qarışıqlıqdır"

19:20 24 Oktyabr 2015

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu dünən Gəncədə polislərlə komandanın üzvləri arasında problem olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klub rəsmisi Sportarena.az-a açıqlamasında heçbir futbolçunun polsilər tərəfindən saxlanmadığını söyləyib:

 

"Elə bir şey olmayıb. Heç kimi tutmayıblar. Sadəcə, biz dünən rayondan gəldikdən sonra istirahət eləmək istədik. Otelin qabağına çıxdıq. Həmin vaxt polislər gəlib xahiş elədilər ki, bayıra çıxmayın. Aşuraya görə şəhərdə vəziyyət qarışıqdı. Biz də içəri girdik. Hər şey belə oldu. Bizim heç bir futbolçumuzu polislər aparmayıblar".


Digər xəbərlər

Xəbər xətti