"Hər bir komandanın öz oyun üslübü var. Biz rəqibi yaxşı analiz etmişdik. Sadəcə, oyun taktikamız tez pozuldu".
Sportarena.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. O, Premyer Liqanın IX turunda "İnter"ə 0:2 hesablı məğlub olduqları oyun haqda fikirlərini açıqlayıb:
"Qapımıza vurulan qolu görə bilmədim. Çünki həmin vaxt Fərid Quliyev zədə almışdı və diqqətim onda idi. Futbolçuların azlığını bəhanə eləmək istəmirəm. Çünki bu mənim iş prinsipimə yaddır. Sadəcə, bildirim ki, işimiz çoxdur, işləməliyik".