Premyer Liqanın IX turunda "Rəvan"ı qəbul edən "İnter" 2:0 hesabı ilə qələbə qazanıb. Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "bankirlər"in baş məşqçisi Zaur Svanadze fikirlərini açıqlayıb:
"Mən qazanılan 3 xala görə razıyam. Demək istəyirəm ki, biz son iki oyunu yeni baş məşqçiyə qarşı oynayırıq. Bunun əlavə çətinlikləri var. "Rəvan"la oyuna zədəli futbolçuların çoxluğu fonunda qurulan heyətlə çıxmışdıq. Problemlərə baxmayaraq, qələbə qazandıq. Qarşıdakı oyunu düşünməliyik".