"Qələbəyə layiq idik. Çətin oyun keçdi. Lakin, sonda qələbə qazana bildik".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Rəşad Eyyubov deyib. "Xəzər Lənkəran" üzərində qazanılan qələbəni şərh edən futbolçu rəqib haqda xoş sözlər söyləyib:
"Xəzər Lənkəran" mənə doğma komandadır. Orda dostluq etdiyim bir çox futbolçular var. "Xəzər Lənkəran" cavan komandadır. Deməzdim ki, zəif çıxış edirlər. Ancaq heyəti bir az da gücləndirsələr, daha da iddialı olacaqlarını düşünürəm. Hazırda, "Kəpəz"in şərəfini qoruyuram. Ona görə də "Xəzər Lənkəran"a geri dönəcəyim barədə heç nə deyə bilmərəm. Bu barədə düşünmürəm".