"Hədəf ilk "3-lük"də yer almaqdır" - "Kəpəz"in kapitanı

20:14 24 Oktyabr 2015

"Yaxşı mübarizə apardıq və qələbə qazandıq. Oyunda komanda yoldaşlarımla bəzi anlaşılmazlıqlar olurdu. Lakin, bu normal bir haldır. Təbii ki, mən də hər futbolçu kimi istəyərəm ki, komandama xeyrim dəysin".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Kəpəz"in kapitanı Tural Axundov deyib. O, Premyer Liqanın IX turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb:

 

"Növbəti oyunlarda da 3 xal üçün meydana çıxacağıq. Hədəf ilk "3-lük"də yer almaqdır. "Zirə" ilə qarşıdakı matç da çətin keçəcək. Nəzərə alsaq ki, "Zirə"nin 1 məğlubiyyəti var, oyunun gərgin keçəcəyini əvvəlcədən gözləmək olar".


Digər xəbərlər

Xəbər xətti