Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizəyə yekun vurulub.
Sportarena.az xəbər verir ki, son turda Azərbaycanın "SOCAR-Azərbaycan" klubu Rusiyanın "Mednıy Vsadnik" kollektiviylə heç-heçə oynayıb - 3:3.
Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Naşe naslediye" klubuna uduzub - 2.5:3.5.
7 turda sonra 13 xal toplayan "Sibir" klubu ilk dəfə Avropa Kubokunun qalibi olub. Turnirin ötənilki qalibi "SOCAR-Azərbaycan" 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Gənc şahmatçılardan ibarət "Odlar Yurdu" yarışı 13-cü pillədə başa vurub.
"SOCAR-Azərbaycan"ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb. (Report)