"Qarabağ"ın futbolçusu Reynaldo vətəni Braziliyaya qayıdır.
dizindən zədə alan və bu səbəbdən ağdamlılara kömək edə bilməyən "sambaçı" ölkəsində əməliyyat olunacaq. Onu komandanın digər braziliyalısı Çumbinyonu sağaldan həkim əməliyyat edəcək. Yalnız əməliyyatdan sonra Reynaldonun neçə ay yaşıl meydanlardan uzaq qalacağı dəqiq bilinəcək.
Qeyd edək ki, futbolçunun səfəri bu gün günorta saatlarına planlaşdırılıb. Onun nə zaman ölkəmizə qayıdacağı isə hələlik məlum deyil.(sport7.az)