Qriqorçuk: "Biz bu gün iki xalı yorğunluqdan itirmədik"

19:44 25 Oktyabr 2015

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən “Qəbələ” – “Zirə” görüşündə qapılara qol vurulmadı. 

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq, çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı  yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz”. 


Digər xəbərlər

Xəbər xətti