"Xəzər Lənkəran" başlayır

11:41 26 Oktyabr 2015

Gəncə səfərindən məğlubiyyətlə dönən "Xəzər Lənkəran" istirahətini yekunlaşdıraraq yenidən toplanır.

 

Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, bu gün, oktyabrın 26-da komanda bir araya gələrək hazırlıqlara başlayacaq.

 

İki gün ərzində məşq edəcək komanda oktyabr ayının 28-də Premyer Liqanın X turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək.

 

"Gənclik şəhəri"nin təmsilçisi ilə "Fırtınalar meydanı"nda keçiriləcək görüşlə "Xəzər Lənkəran" Premyer Liqanın II dövrəsinə start vermiş olacaq.


Digər xəbərlər

Xəbər xətti