Norveç çempionatının yeni qalibi müəyyənləşib. Sportarena.az xəbər verir ki, "Rusenborq" 5 illik fasilədən sonra yenidən ölkə çempionu olub.
Çempionatın 28-ci turunda səfərdə "Stromsqodset"in qonağı olan "Rusenborq" rəqibi ilə 3:3 bərabərə qalıb. Bu nəticə qonaqların sona iki tur qalmış çempionluğu rəsmiləşdirməsinə kifayət edib.
Qeyd edək ki, bu, "Rusenborq"un tarixində 23-cü çempionluğu olub.