ABŞ-ın "Montreal İmpakt" klubunun hücumçusu Didye Droqba dayanmaq bilmir. Sportarena.az xəbər verir ki, 37 yaşlı hücumçu qolçuluq bacarığını son oyunda da nümayiş etdirib.
Belə ki, "Toronto" ilə oyunda geriyə düşən "Montreal İmpakt"ı məhz kot d`İvuarlı forvard xilas edib. Öncə 53-cü dəqiqədə səhnəyə çıxan Droqba 2 dəqiqə sonra qələbə qolunun müəllifi olub. Təcrübəli futbolçu hər iki topu dabanı ilə vurub.