"Böyük ehtimalla, komandaya sanksiya tətbiq olunacaq" - Vəli Qasımov

14:37 26 Oktyabr 2015

"Neftçi"nin idman direktoru Vəli Qasımov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a məğlubiyyəti (1:2) şərh edib. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında o, bunları söyləyib:

 

"Neftçi" heç də yaxşı günlərini yaşamır. Artıq beş turdur qələbə qazana bilmirik. Komanda psixoloji cəhətdən "sınıb". AZAL-la qarşılaşmada da hiss olunurdu ki, futbolçuların əhval-ruhiyyəsi lazım olan səviyyədə deyil. İkinci hissədə oyunumuz yaxşılaşdı, amma bu, bizə nəticə qazandırmadı. Aqil Məmmədovun oyundan sonra dediklərinə gəlincə, rəqibin kimliyindən asılı olmayaraq, ona hörmətlə yanaşmaq lazımdır. Biz bunu artıq müzakirə etmişik".

 

Qasımovun sözlərinə görə, komandanın uğursuz nəticələrə görə cərimələnməsi istisna deyil: "Bu barədə hələ yekun qərar verilməyib. Amma böyük ehtimalla sanksiya tətbiq olunacaq".


Digər xəbərlər

Xəbər xətti