"Xəzər Lənkəran" - "Sumqayıt": 28-ci duelin astanasında

14:47 26 Oktyabr 2015

“Xəzər Lənkəran” Premyer Liqanın X turu çərçivəsində oktyabr ayının 28-də “Sumqayıt” klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, X tur ölkə birinciliyində II dövrənin başlanğıcı olacaq. Bu qarşılaşma cənubluların Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 28-ci matçı olacaq.

 

Qeyd edək ki, 2004-cü ildən bəri “Xəzər Lənkəran” komandası Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt” klubları ilə üst-üstə 27-dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 17-da qalib gələn komandamız üç dəfə dəfə – 2013-cü il may ayının 13-də, ötən mövsümün əvvəlində, (2013) 16-avqust tarixində ikinci dəfə və nəhayət ötən mövsümün sonunda 22-may tarixində Sumqayıt təmsilçilərinə məğlub olub. Cütlüyün 7-matçında qalib müəyyənləşməyib. “Xəzər Lənkəran” Sumqayıt təmsilçilərinin qapısından keçirdiyi 60-topun qarşılığında öz qapısında cəmi 21-top görüb. Onu da əlavə edək ki, cütlüyün indiyə qədər keçirdiyi 27-oyundan 25-görüşü çempionat və cəmi 2-si kubok matçları olub. (12-cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti