Bir neçə ay öncə Tiflisdə keçirilən "Xəzər-Qara Dəniz" ölkələrinin kubokunda erməni zabitini məğlub edən idmançımız Babək Əliyev yenə də dünya çempionu olub.
Sportarena.az xəbər verir ki, dünən "WJJF" ve "ICO j-1" qaydası ilə (eynilə k-1 kimi-red) Almaniyanın "Stuttgart" şəhərində dünya çempionatı keçirilib. Dünən keçirilən dünya çempionatında 500-dən çox idmançı iştirak edib.
Babək Əliyev dünya çempionu olmağı barədə ATV.az-a belə deyib: "Mən bu yarışa Azərbaycan "Jiboksinq" Federasiyasının prezidenti Sənan Ağakişiyevin dəvəti ilə getdim. İlk döyüşdə italiyan rəqibimə qalib gəldim. İkinci raundda da fransız əsilli isveç təmsilçisinə qalib gəldim. Finalda isə Əlcəzair idmançısı ilə rinqə çıxdım və ona da qalib gəldim."
Qeyd edək ki, Babək Əliyev bu gün vətənə qayıdacaq.