Zədəli futbolçusundan "Kəpəz"ə şad xəbər

18:26 26 Oktyabr 2015

Topaz Premyer Liqasının IX turu çərçivəsində reallaşan “Kəpəz” - “Xəzər Lənkəran” oyununun 70-ci dəqiqəsində zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumu yaxşıdır. Sportarena.az xəbər verir ki, epizodların birində əzələsi dartılan müdafiəçi oyunu davam etdirə bilməsə də, sağlıq durumunda ciddi bir şey yoxdur.

 

Bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın həkimi Şıxəli Həsənov deyib: “Şəhriyarın durumu normaldır, tezliklə bərpa olunacaq. Fərdi qaydada yüngül formada məşq edə bilər. Sabah yenidən bir daha müayinə edib, baş məşqçiyə durumu haqda məlumat verəcəyik. Bundan sonra qarşıdakı çempionat matçında oynayıb-oynamayacağına aydınlıq gələcək”.

 

Qeyd edək ki, komandanın aparıcı futbolçularından sayılan Şəhriyar Əliyev cari mövsümdə yalnız bir oyunda komandamıza kömək edə bilməyib. Futbolçu cəzalı olduğundan “Zirə” ilə matçı buraxmaq məcburiyyətində qalıb.


Digər xəbərlər

Xəbər xətti