Oktyabrın 28-də “Sumqayıt” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bir günlük istirahətin ardından hazırlıqlara start verib.
Sportarena.az xəbər verir ki, oktyabrın 26-da bir araya gələrək saat 17:00-da stadionun ehtiyat meydançasında güclü yağış altında məşqə çıxıb. Hazırlıq prossesində Rasim Ramaldanovdan savayı bütün futbolçular iştirak ediblər. Təcrübəli müdafiəçi hələ də müalicə alır. Qeyd edək ki, komanda növbəti məşqini oktyabrın 27-də keçirdikdən sonra özünün baza-otelində istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək. (12cioyuncu.info)