"Qəbələ" "təyyarəçilər" üçün: itki ilə

00:16 27 Oktyabr 2015

“Qəbələ” Azərbaycan Premyer Liqasının 10-cu turunun AZAL-la oyununun hazırlıqlarına başlayıb. 

Sportarena.az xəbər verir ki, 9-cu turda “Zirə” ilə baş tutan oyundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib. 

Səhər baş tutan məşqdə komanda iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib. “Qəbələ” bu gün səhər növbəti məşqini keçəcək.

Xatırladaq ki, oktyabrın 28-də keçiriləcək “Qəbələ” – AZAL oyunu saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti