Məlikovdan Qurbanova cavab: "Sözü var, gəlsin üzümə desin, görüm nə çaşır o”

00:33 27 Oktyabr 2015

“Özünü tanıyan oğlan, özünə hörmət qoyan oğlan, hamı bilir ki, mən “Neftçi”dən necə getmişəm”. 

Bu sözləri  AZAL-ın kapitanı Rail Məlikov deyib. “Neftçi”nin gənc hücumçusu Ruslan Qurbanovun ağır ittihamlarına cavab verən təcrübəli futbolçu həmkarına ciddi şəkildə xəbərdarlıq etdi.
“Ruslan başından yekə danışmasın. Bilmədiyini deməsin. O, bilmir “Neftçi”də nə söhbətlər olub, mən niyə getmişəm o komandadan. Hələ onun o yaşı deyil. Hər şey göz qabağındadır. Kor-kor, gör-gördü də, onun oyunu da hamıya məlumdur”.

Ruslanın AZAL-ı təhqir etdiyini düşünən Rail bildirdi ki, danışığını bilsin: “Ruslan deyib ki, gör, kimə uduzduq. Özünə hörmət qoyan futbolçu nə qədər zəif olsa da, rəqib haqqında belə söz deməz. Ən zəif komandaya da məğlub olsan, gərək, belə danışmayasan. Bu, Ruslanın qeyri-peşəkar olmağından irəli gəlir ki, ağzına gələni danışıb. Hələ getsin, özünü tanıtsın. O, kimdi ki...

Qurbanovun açıqlamasına sərt reaksiya verən Rail onun özünə hörmət etməyini məsləhət gördü: “Gör, uşaq-muşaq nə danışır. Mən “Neftçi”də kapitan olanda gedib tapıb onu məşqə gətirirdim. İndi böyüyün üzünə qayıdır. Bu, təhqir deyil ki, gör kime uduzmuşuq? Dünənin usağı özünü şişirdib elə yerə qoyur ki. Mən millidə 47 oyun oynamışam, ancaq ən zəif komandaya məğlub olanda da belə söz deməmişəm. Belə desən, onda birinci özünə hörmət qoymursan. Bir də ki, vaxt var idi, Ruslan mənə “starşıy brat” deyirdi, deyirdi ki, çox sağ ol, Rail.

“Neftçi”dən üzüağ getdiyini deyən Məlikov ayrılmağını səbəbəni də xatırlatdı: “Mənim “Neftçi”dən necə getdiyimi bilmək istəyirsən? Get, ürəyin istəyən adamdan soruş. Şərəfimlə oynamışam, elə də getmişəm “Neftçi”dən. Kiminsə yanında boynumu büksəydim, qalardım orda. Türkiyəyə getmişəm, vətənimi layiqincə təmsil etmişəm. Qısası, çox söz danışmaq olar. Ancaq uşaqdı da, adam gərək özünə hörmət qoysun. Özünə zəng edib danışacam. Sözü var, gəlsin üzümə desin, görüm nə çaşır o”.(derbi.az)


Digər xəbərlər

Xəbər xətti