Millimizin üzvü oynadı, komandası 3 xal qazandı

10:19 27 Oktyabr 2015

İsveç çempionatında 29-cu turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.

 

Sözügedən klub doğma meydanda "Gefle" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emin bu dəfə də start heyətdə yer alıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Kalmar" hazırda 30 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti