Bu gün "Xəzər Lənkəran"da "Sumqayıt"la matç öncəsi klub rəhbərliyi komanda ilə görüşəcək.
Sportarena.az "sportal.az"a istinadən xəbər verir ki, iclasda əsas müzakirə mövzularından biri komandada son vaxtlar yaşanan maliyyə problemləridir. Məhz bu iclasda maaşların veriləcəyi konkret tarixin açıqlanacağı gözlənilir.
Maliyyə məsələləri ilə yanaşı, komandanın son oyunlardakı qazandığı nəticələr və qarşıdakı oyunlarda hədəflər də müzakirə ediləcək.